CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şənbə günü xüsusi avtobuslar işləyəcək

© AP Photo / Burhan OzbiliciЛюди в автобусе, фото из архива
Люди в автобусе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlk dəfə pilot qaydada təşkil ediləcək xüsusi marşrutlar üzrə avtobuslardan yalnız məktəb tərəfindən arayış verilən müəllim, şagird və valideynlər istifadə edə biləcəklər

BAKI, 9 oktyabr — Sputnik. Təhsil Nazirliyi həftəsonları ictimai nəqliyyatın fəaliyyət göstərmədiyini nəzərə alaraq müvafiq qurumlarla birgə məktəblərdə əyani tədrisə dəstək üçün yeni layihəyə start verir.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Məktəb avtobusu" pilot layihəsinə start verilir. Məlumatda bildirilir ki, xüsusi karantin rejimi dövründə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində şagird sıxlığının səmərəli tənzimlənməsi məqsədilə bir sıra dövlət ümumtəhsil müəssisəsində altı günlük dərs həftəsi tətbiq olunub. Layihə çərçivəsində Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 oktyabr tarixindən etibarən seçilmiş istiqamətlərdə şənbə günləri ictimai nəqliyyatın hərəkəti təmin olunacaq. İlk dəfə pilot qaydada təşkil ediləcək xüsusi marşrutlar üzrə avtobuslardan yalnız məktəb tərəfindən arayış verilən müəllim, şagird və valideynlər istifadə edə biləcəklər. Valideynlər və müəllimlər oktyabrın 9-dan müvafiq təhsil müəssisələrinə müraciət etməklə arayışı əldə edə bilərlər. Növbəti həftələrdə layihənin əhatə dairəsinin genişləndirilməsi davam edəcək.

Xəbər lenti
0