BAKI, 6 oktyabr — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə XİN-in başçısı "Twitter" hesabında bildirib.
Can #Azerbaycan’daki kardeşlerimize devletimizin ve milletimizin desteğini ve dayanışmasını göstermek için #Bakü’deyiz. 🇹🇷🇦🇿 pic.twitter.com/Yyp5H0OEaF
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) October 6, 2020
Heydər Əliyev Beynəlxalq Aeroportunda M. Çavuşoğlunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.
“Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini nümayiş etdirmək üçün Bakıdayıq”, - deyə M. Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, səfər çərçivəsində Türkiyə XİN başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.
Görüşlər zamanı Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.