BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir. Qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.
Qeyd edək ki, hazırda COVID-19 olan aktiv xəstə sayı 1684 nəfərdir. Son sutka ərzində 5469, hazırkı dövrədək isə ümumilikdə 1115748 test təşkil olunub. Bu günədək ölkəmizdə ümumilikdə 40229 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 37954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib.