BAKI, 28 sentyabr — Sputnik. Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko "bütün məsul dünya güclərini" Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməkdən çəkinməyə çağırıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
"Bütün məsul dünya güclərini münaqişəyə hər hansı bir formada müdaxilədən çəkinməyə çağırırıq", - deyə Matvienko qeyd edib.
O vurğulayıb ki, hərbi əməliyyatlar dayandırılmalı və tərəflər ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesinə qayıtmalıdır.
Matviyenko Rusiyanın parlament yolu da daxil olmaqla, münaqişənin sülh yolu ilə həll edilməsi üçün mümkün olan hər cür yardımı edəcəyini vurğulayıb.