CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizim üçün sülh zəngi nə vaxt çalınacaq?

CC0 / Picasa / MKAzərbaycan Milli Kitabxanası, arxiv şəkli
Azərbaycan Milli Kitabxanası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən "Sülh Zəngi"nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində "Yaşasın Mütləq Dünya Sülhü" sözləri yazılıb

BAKI, 21 sentyabr — Sputnik.  21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Beynəlxalq Sülh Günü" adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, virtual sərgidə mövzu ilə əlaqədar materiallar tam mətni ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Qeyd edək ki, Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən "Sülh Zəngi"nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində "Yaşasın Mütləq Dünya Sülhü" sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin "Sülh Zəngi"ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.

Xəbər lenti
0