Nazirlik kimlərin cərimələri ödəməkdən azad ediləcəyini açıqladı

© AP Photo / Lynne SladkyДокументы на столе, фото из архива
Документы на столе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təklif qəbul edildiyi halda, işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqəli yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla, bəzi cərimələri ödəməkdən azad olacaq

BAKI, 14 sentyabr — Sputnik. Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün ƏƏSMN tərəfindən hazırlanan layihədə bununla bağlı təklif yer alıb. Təklif qəbul edildiyi halda, işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqəli yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla, bəzi cərimələri ödəməkdən azad olacaq.

Təklif mahiyyət etibarilə işəgötürənlərə müvafiq sahədə güzəştli yanaşmanın tətbiqinə, eyni zamanda, əmək qanunvericiliyində nəzərdə tutulan bu və ya digər tələbləri pozduqları halda bu pozuntuları dərhal aradan qaldırmalarını stimullaşdırmağa yönəlib.

Xəbər lenti
0