BAKI, 11 sentyabr — Sputnik. AZAL daha 201 nəfər Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirib. Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Milli aviadaşıyıcısı 26 iyul tarixində daha bir çarter reysi ilə Moskvadan "COVID-19" koronavirus pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı ölkəyə qaytarıb.
Sözügedən reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.
Reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıblar. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.
Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.