Azərbaycanda bölgələr üzrə virusa yoluxma göstəriciləri açıqlanıb

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 3 nəfər vəfat edib.

BAKI, 10 sentyabr — Sputnik. Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, son məlumatlardakı rəqəmlər ən çox yoluxmanın Bakıda qeydə alındığını göstərir.

Sonrakı yerlərdə 15,6 faizlə Abşeron, 10,3 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2 faizlə Quba-Xaçmaz, 1,7 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb. Rəsmi məlumata görə, ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır. Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 0,7 faizi ölkə xaricində yoluxanlardır.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 3 nəfər vəfat edib.

Xəbər lenti
0