Ermənistanda koronavirusdan ölənlərin sayı 900-ə çatıb

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidМедицинские работники в госпитале COVID-19 в ГКБ №15 имени О. М. Филатова, фото из архива
Медицинские работники в госпитале COVID-19 в ГКБ №15 имени О. М. Филатова, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda isə bir sutka ərzində 17 pasiyent evə buraxılıb, ümumilikdə xəstəlikdən sağalanların sayı 1315-ə çatıb, 19 nəfər ölüb.

BAKI, 7 sentyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 34 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1684-ə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 17 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1315-ə çatıb, 19 nəfər isə ölüb.

Ermənistanda koronavirusa yoluxanların sayı 44848-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 62 nəfər artıb.

Ermənistanda son gündə daha 3 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 900-ə çatıb. Xəstəlikdən sağalanların sayı 40121 nəfər olub. Hazırda bu ölkədə 3549 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 26 milyonu keçib, 863 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0