“Fransa Türkiyənin Aralıq dənzindəki fəaliyyətinə mane olmaq istəyənlərə dəstək verir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Politoloq bildirib ki, Türkiyə-Liviya arasında əldə olunmuş razılıq Türkiyəyə Aralıq dənizində axtarış işləri aparmağa imkan yaradır: “Yunanıstan – İsrail – Misir üçlüyü isə bu prosesdə Türkiyəyə qarşı çıxır. Avropa Birliyi də Fransanın timsalında bu dövlətlərə dəstək verir. Türkiyənin Yaxın Şərqdə ən böyük gücə çevrilməsi onları narahat edir. ABŞ başda olmaqla heç bir dövlət bunu istəmir”.
Xatırladaq ki, Türkiyənin Aralıq dənizinə “Oruc Rəis” seysmik tədqiqat gəmisini göndərməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb.
Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz