CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Prokurorluğa bu qurumdan 400 səhifəlik hesabat göndərdilər

© Sputnik / Murad OrujovФинансовая отчетность
Финансовая отчетность - Sputnik Azərbaycan
Abunə olmaq
KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib

BAKI, 28 avqust — Sputnik. Baş Prokurorluq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə növbəti məlumat yayıb. Sputnik Azərbaycan-a Baş Prokurorluğun məlumatında bildirlib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda qanunsuz əməllərə görə başladılan cinayət işi üzrə istintaq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək. Xatırladaq ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmaları KİVDF-nun sabiq icraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti dövrünü əhatə edir. Hesablama Palatası bir müddət öncə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib. Həmin hesabata görə, KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.

Xəbər lenti
0