Trampın təhdidi işə yarayır: "TikTok"un rəhbəri şirkətdən ayrılır

© REUTERS / TOM BRENNERПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Prezidenti Donald Tramp avqustun əvvəlində "TikTok Təhlükəsi ilə Mübarizə Haqqında" fərman imzalayıb.

BAKI, 27 avqust — Sputnik. Populyar "TikTok" video xidmətinin icraçı direktoru Kevin Mayer vəzifəsindən istefa verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Financial Times" qəzeti daxili sənədə istinadən məlumat yayıb.

Иконка на экране смартфона социальной сети TikTok - Sputnik Azərbaycan
“TikTok” Donald Trampı məhkəməyə verir

Mayerin istefasına səbəb ABŞ Prezidenti Donald Trampın "TikTok"u ölkədə bağlamaq təhdidləri olub.

"Kevin Mayer icraçı direktor olduqdan bir neçə ay sonra "TikTok"u tərk edir", – əməkdaşlara göndərilmiş məktubda deyilir.

Mayer 2020-ci ilin mayından şirkətin icraçı direktoru olub.

Sənədə əsasən, baş menecer Vanessa Pappas "TikTok"un müvəqqəti icraçı direktoru olacaq.

Trampın "TikTok"la mübarizə haqqında fərmanı

Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" qısa videoçarxlar yaratmaq və izləmək üçün xidmətdir. "TikTok" dünyada sürətlə populyarlıq qazanır.

ABŞ Prezidenti Donald Tramp avqustun əvvəlində "TikTok Təhlükəsi ilə Mübarizə Haqqında" fərman imzalayıb. Prezident sənəddə Amerika yurisdiksiyasında "ByteDance" ilə istənilən razılaşmaya xitam verilməsi üçün 45 gün verib. Tramp "TikTok"un satın alınması üçün mümkün müqavilənin imzalanmasına sentyabrın 15-dək vaxt verdiyini deyib.

Avqustun əvvəlində "Microsoft" şirkəti "TikTok"un ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada biznesinin alınması üçün danışıqların davam etdiyini və onları 15 sentyabr tarixindən gec olmayaraq başa çatdıracağını deyib.

Bundan sonra media xəbər verib ki, "Twitter" şirkəti "TikTok" xidmətinin Amerika şöbəsi ilə birləşməyə dair ilkin danışıqlar aparıb.

Xəbər lenti
0