CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda toya getməyə görə sabiq naziri, eks-rektoru və direktoru cəzalandırdılar

© Sputnik / Murad OrujovКупюра номиналом в 200 AZN, фото из архива
Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.

BAKI, 23 avqust - Sputnik. BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.

“Report” xəbər verir ki, hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.

DİN Mətbuat Xidmətindən faktı “Report”a təsdiq ediblər.

© AR Ministry of Internal AffairsAbel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə
Azərbaycanda toya getməyə görə sabiq naziri, eks-rektoru və direktoru cəzalandırdılar - Sputnik Azərbaycan
Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Xəbər lenti
0