BAKI, 20 avqust — Sputnik. Məktəbəhazırlıq qrupları ilə bağlı məktəb seçimi başlayıb. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, elektron sorğu yerləşdirmə prosesi sentyabrın 14-nə qədər davam edəcək. Qeyd edək ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.
Məlumat üçün bildirək ki, məktəbəhazırlıq qruplarına məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə başlanılması mektebeqebul.edu.az elektron sistemində yüklənməyə səbəb olub.
Qeyd edək ki, avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.