CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdinə təcavüz edən müəllimin işi ilə bağlı dövlət ittihamçısı protest verdi

© AP Photo / Jean-Francois BadiasМолоток судьи, фото из архива
Молоток судьи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmənin 30 iyul 2020-ci il tarixli hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib

BAKI, 12 avqust — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin məhkəmənin hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı informasiyalar yayılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatılna istinadla xəbər verir ki, Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamalanmaqla ittiham aktı 16 iyun 2020-ci il tarixdə Lerik rayon prokuroru tərəfindən təsdiq edilərək iş baxılması üçün aidiyyəti üzrə Lerik rayon məhkəməsinə göndərilib.

Məhkəmənin 30 iyul 2020-ci il tarixli hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilib.

Xatırladaq ki, Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə qoyan müəllimin bir il müddətinə həbs olunması sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.

Xəbər lenti
0