CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusdan daha təhlükəli: Qəzəb, aqressiya və gərginlik...

© Depositphotos.com / Shutter2uСилуэт человека за стеклянными блоками
Силуэт человека за стеклянными блоками - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanlarımız aqressiyasını və qəzəbini idarə etməyi bacarmalı, əvvəlki kimi mehriban, səxavətli, əliqaçıq olmağı bacarmalıdır. Aqressiya və qəzəb cəmiyyətimiz üçün də, ailəmiz üçün də, ən dəhşətlisi və təhlükəlisi özümüz üçün də zərərlidir

BAKI, 26 iyul — Sputnik. Karantin müddəti uzandıqca, taclı virus meydan oxumağa davam etdikcə cəmiyyətdə aqressiya, laqeydlik və gərginlik artır. İş yerləri bağlanan, aylardır evinə qapanan, kifayət qədər günəş görməyən, maddi tələbatlarını təmin edə bilməyən insanlar aqressivləşir. Virusa yoluxmaq, yaxınlarını və həyatlarını itirmək qorxusu insanları gərginləşdirir. Proses uzandıqca insanlar laqeydləşir.

Продажа газет в Баку - Sputnik Azərbaycan
YAZARLAR
Yubileyin astanasında: Rəngli qəzetlər, “alternativ siyahılar” və iddialı acgözlər…

Tibb elmi bu bəlanın qarşısında acizliyini etiraf etdikcə ümidsizləşən insanlar yeganə təskinlik tapdıqları məkanda – sosial şəbəkələrdə qəzəb püskürür: koronoya, tibbə, cəmiyyətə, hökumətə və hər şeyə...

Bəli, son zamanlar insanlar arasında gərginliyin artmasının bir səbəbi də karantin müddətinin uzanması, pandemiyaya qarşı mübarizənin effektiv olmamasıdır. Yaxınlarını itirən, xəstəliyə yoluxan insanların acizliyi, çarəsizliyi getdikcə dərinləşir. Ümidsizləşən və ruhdan düşən insanlar öz aqressiyasını, qəzəbini sosial şəbəkələrdə daşıyır.

Yazılan statuslardan, şərhlərdən və paylaşımlardan da hiss olunur ki, insanlar qınamağa, tənqid etməyə, hətta linç etməyə obyekt axtarır.

Pandemiyanın ilk dönəmində insanlar daha səxavətli, mehriban görünürdü. Sosial şəbəkələrdə yaranan dəstək qrupları, müəyyən insanların ehtiyacı olan ailələrə yardım etməsi gündəlik rutinə çevrilmişdi. İnsanlar sahib olduqlarını bölüşür, ya da imkansız, ehtiyacı olan insanları araşdırıb tapır, onların problemlərinin həllinə çalışırdı.

Karantin müddəti uzandıqca maddi vəziyyəti pisləşən insanların sayı artır. İndi işsiz qalanlar, ehtiyatını xərcləyib bitirənlər daha çoxdur. Məntiqlə indi daha çox insanın, ailənin yardıma ehtiyacı var. Ancaq cəmiyyət əvvəlki qədər adekvat deyil. Artıq hər kəs əlində (bank hesabında) olanı qorumağa, dar gün üçün ehtiyat saxlamağa çalışır. Bütün bunları anlamaq çətin deyil. Bu cür gərgin dönəmdə insanların nəinki maddi resurslarını qorumağı, hətta əsəblərini qorumağı belə çətindir. Yaşamaq instinkti yardımlaşmanı, səxavətli olmağı, comərdliyi və humanizmi ikinci plana keçirib.

İnsanların böyük qismi yardımlaşmağı ikinci plana keçirməklə yanaşı, başqalarına yardım edən, səxavət göstərən insanlara qarşı da aqressivləşib. Cəmi 2-3 ay öncə ehtiyacı olan insanlara yardım edənlər təqdir olunur, başqalarına nümunə göstərilirdisə, indi həmin insanlara qarşı izaholunmaz aqressiya müşahidə edilir.

Bakı bulvarı - Sputnik Azərbaycan
YAZARLAR
Birlik, həmrəylik məqamı və keçməməli olduğumuz "qırmızı xətt"

İnsanlar tanınmış simalarda səhv tutmağa, onları aşağılamağa və təhqir etməyə fürsət gözləyir.

Dörd divar arasında zaman keçirdikcə insanlar daha aqressiv, daha gərgin olur. Günün böyük hissəsini yataqda, divanda, əlində telefon, planşet sosial şəbəkələrdə “dolaşan” insanlar hərisliklə “günah keçisi” axtarırlar.

Qəzəbini və əsəbini “qusmağa” fürsət gözləyənlər üçün sosial şəbəkələri ən münbit, rahat yer hesab edilə bilər. Müşahidələrimdən belə anlayıram ki, azərbaycanlı məşhurlar – müğənnilər, aktyorlar, youtuberlər, yazıçılar, şairlər jurnalistlər – indiyəcən bu qədər təhqirə, linçə məruz qalmayıb.

Pandemiya təkcə can almır. Koronovirus bizi sadəcə xəstəliyə yoluxdurmur. Laqeydlik, aqressiya, biganəlik və  əsəb xəstəlikləri də bu bəlanın təsirləridir.

Pandemiya dalğası bizi də vurmağa başlayanda yazmışdım ki, bizi yalnız sevgi xilas edə bilər. Fikrimdə qalıram. İnsanlarımız aqressiyasını və qəzəbini idarə etməyi bacarmalı, əvvəlki kimi mehriban, səxavətli, əliqaçıq olmağı bacarmalıdır. Aqressiya və qəzəb cəmiyyətimiz üçün də, ailəmiz üçün də, ən dəhşətlisi və təhlükəlisi özümüz üçün də zərərlidir.

Xəbər lenti
0