Koronavirusun ən erkən simptomu açıqlanıb

© AFP 2024 / LUIS ROBAYOМедицинский работник демонстрирует устройство для быстрого тестирования COVID-19
Медицинский работник демонстрирует устройство для быстрого тестирования COVID-19  - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda alimlər bu simptomun bütün xəstələr arasında nə qədər geniş yayıldığını deməkdə çətinlik çəkirlər.

BAKI, 19 iyul — Sputnik. Koronavirusun ən erkən simptomu ağız boşluğunda səpkilər – enantema ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu ispaniyalı alimlərin apardığı araşdırmalar sübut edib.

Təcili yardım briqadası - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusdan sağalmanı sürətləndirmək olar – Üsul bəlli oldu

Araşdırmanın nəticələri "JAMA Dermatology" elmi jurnalında dərc olunub. Araşdırma nəticəsində müşahidə olunan pasiyentlərin 29 faizində ağız boşluğunda səpkilər aşkarlanıb. Bu simptom onlarda COVID-19-un digər kliniki əlamətlərindən təxminən iki gün əvvəl müşahidə olunub.

Hazırda alimlər bu simptomun bütün xəstələr arasında nə qədər geniş yayıldığını deməkdə çətinlik çəkirlər.

Araşdırmada 40 yaşından 69 yaşına qədər 21 pasiyent iştirak edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 14.1 milyonu keçib, 602 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0