Çindən beynəlxalq birliyə çağırış: ABŞ sanksiyalarına qarşı çıxın

© REUTERS / Aly SongABŞ və Çin bayraqları, arxiv şəkli
ABŞ və Çin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, beynəlxalq ictimaiyyət İrana qarşı sanksiyaların uzadılmasına və ya bərpasına birgə qarşı çıxmalı, ABŞ-ın sövdələşmənin icrasına qayıtmasını tələb etməlidir.

BAKI, 16 iyul — Sputnik. Beynəlxalq birlik ABŞ-ın İrana qarşı sanksiyalarının bərpa olunmasına qarşı çıxmalıdır.

Sputnik Azərbaycan Çin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin İranın nüvə problemi ilə bağlı Hərtərəfli Fəaliyyət Planının imzalanmasının ildönümü ilə bağlı bəyanatında deyib.

Beş il əvvəl İran və beynəlxalq vasitəçilərdən ibarət "altılıq" İranın nüvə probleminin həllinə dair razılığa gəlib. Lakin sövdələşmə ilkin şəkildə heç üç il yaşaya bilməyib: 2018-ci ilin mayında ABŞ birtərəfli şəkildə sövdələşmədən çıxdığını və Tehrana qarşı sərt sanksiyaların bərpa olunduğunu bəyan edib.

Hua Çunyin bildirib ki, beynəlxalq ictimaiyyət İrana qarşı sanksiyaların uzadılmasına və ya bərpasına birgə qarşı çıxmalı, ABŞ-ın sövdələşmənin icrasına qayıtmasını tələb etməlidir.

O, son illər ABŞ-ın birtərəfli siyasət aparmasından, beynəlxalq öhdəliklərdən uzaqlaşmasından və beynəlxalq müqavilələrdən çıxmasından təəssüfləndiyini bildirib.

Xəbər lenti
0