BAKI, 14 iyul — Sputnik. Pentaqon hipersəs silahı daşıyan bilən modernləşdirilmiş F-15EX qırıcılarını sifariş edib.
Sputnik Azərbaycan qırıcını istehsal edən "Boeing" şirkətinə istinadən xəbər verir ki, səkkiz ədəd müasir F-15EX qırıcısının istehsalı üçün 1,2 milyard dollarlıq müqavilə imzalanıb.
"F-15EX öz sinfindəki digər qırıcılardan daha çox silah daşıyır, uzunluğu 22 futa (təxminən 7 metr – red.) və çəkisi 7000 funta (təxminən 3,2 ton – red.) qədər olan hipersəs silahları buraxa bilər", - şirkət press relizində deyib.
"Gələcək planlarda 144 təyyarə nəzərdə tutulub", - press relizdə bidirilir.
"National Interest" jurnalı qeyd edir ki, bu təyyarə F-35 də daxil olmaqla daha müasir modellərdən fərqli olaraq 3 Maxdan çox sürət yığa bilir ki, bu da hipersonik silaha yaxşı başlanğıc sürətini verməyə imkan verir.