BAKI, 10 iyul — Sputnik. COVİD-19 xəstələrinin müalicəsinə cəlb olunan Mərkəzi Gömrük Hospitalı vakansiya elan edir. Sputnik Azərbaycan MGH-a istinadən xəbər verir ki, hospital hazırda bir neçə istiqamət üzrə kadr axtarışındadır:
1. Vakansiyanın adı – Baş müfəttiş
Struktur vahidinin adı – Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidməti
Namizədlər qarşısında qoyulan tələblər:
Yaş: 28-50
Ali tibbi təhsil (əsasən epidemioloq, sanitar həkim, infeksionist)
5 ildən az olmayaraq tibbi-profilaktika sahəsində iş təcrübəsi
Dezinfeksiya, deaktivasiya sahəsində nəzəri və praktik biliklər
Təşkilatçılıq qabiliyyəti
Fövqəladə hallar zamanı operativ düşüncə qabiliyyəti
İctimaiyyətlə əlaqə qurmaq qabiliyyəti
Gərgin, qeyri-stabil iş rejimində işləmək bacarığı
Planlı və plandankənar qısa və uzunmüddətli ezamiyyətlərə hazırlıq
Azərbaycan və rus dilləri (mükəmməl səviyyə), ingilis dili (orta səviyyə)
Stressə davamlılıq
Səlis nitq, aydın danışıq tərzi
Məsuliyyətli və ünsiyyətcil olmalı
Komandada işləmək bacarığı
Kompüter bilikləri: MS Office (Microsoft Word, Microsoft Excel,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları
Ofis texnikasından istifadə (printer, skaner, kseroks)
İş vaxtı: I-V günlər 09:00-dan 18.00-dək, VI günü 09:00-dan 14:00-dək
Nahar fasiləsi – saat 13:00-dan 14:00-dək
Əsas vəzifə öhdəlikləri:
Vətəndaşın (xəstənin) sağlamlıq vəziyyətinin qiymətləndirilməsi
Anamnezin, xüsusilə də epidemioloji anamnezin yığılması
Təhlükəli (və xüsusi təhlükəli) infeksion xəstəliklərin erkən diaqnostikası, profilaktikası və lazımi izolyasiya tədbirlərinin görülməsi
İlk tibbi və təxirəsalınmaz yardımın göstərilməsi
Lazımi tibbi-profilaktik tədbirlərin, dezinfeksiya, dezinseksiya, deratizasiya, deaktivasiya tədbirlərinin təşkili
Karantinin, observasiyanın təşkili
Lazımi tibbi sənədlərin tərtibi
Beynəlxalq səviyyədə, qonşu dövlətlərdə mövcud infeksion durum barədə daima xəbərdar olmaq
Öz fəaliyyətinin planlaşdırılması və göstəricilərin təhlil edilməsi
Daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normaların bilməsi və riayət olunmasına nəzarət.
Daxili intizam, sanitariya-epidemioloji rejimə riayət edilməsinə nəzarət. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlərin görülməsi
Tabeliyində olan tibbi və qeyri-tibbi personalın işinin təşkili və onların təkmilləşdirilməsinə nəzarət
Kütləvi media vasitələri ilə işin qurulması
Vakansiya ilə maraqlanan şəxslər CV-ni Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalın info@customshospital.az elektron ünvanına, məktubun Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər.
Müraciət edənlərin diqqətinə! Yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
2. Vakansiyanın adı – Həkim infeksionist
Struktur vahidinin adı – Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsini
Namizədlər qarşısında qoyulan tələblər:
Yaş: 28-48
Ali tibbi təhsil (həkim-infeksionist)
5 ildən az olmayaraq infeksion xəstəliklərin müalicəsi sahəsində iş təcrübəsi
Təşkilatçılıq qabiliyyəti
Fövqəladə hallar zamanı operativ düşüncə qabiliyyəti
Gərgin, qeyri-stabil iş rejimində işləmək bacarığı
Planlı və plandankənar qısa və uzunmüddətli ezamiyyətlərə hazırlıq
Azərbaycan və rus dilləri (mükəmməl səviyyədə), ingilis dili bilənlərə üstünlük verilir
Stressə davamlılıq
Səlis nitq, aydın danışıq tərzi
Komandada işləmək bacarığı
Kompüter bilikləri: MS Office (Microsoft Word, Microsoft Excel,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları
İş vaxtı: I-V günlər 09:00-dan 18.00-dək, VI günü 09:00-dan 14:00-dək
Nahar fasiləsi – saat 13:00-dan 14:00-dək
Əsas vəzifə öhdəlikləri:
Yoluxucu xəstəliklərin və xüsusi təhlükəli yoluxucu xəstəliklərin diaqnostikası və müalicəsi
Xəstənin izolyasiya tədbirlərinin həyata keçirilməsi
Hospitaldaxili infeksion kontrol üzrə işlərin təşkili
Öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibi
Sanitar-maarifləndirici işin təşkili
Yoluxucu xəstəliklər zamanı ilk tibbi və təxirəsalınmaz yardımın göstərilməsinin təşkili
Həkimlərin etik davranış qaydalarına, tibbi etika və deontologiyanın əsaslarına riayət olunması
Daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarına riayət olunması
Öz ixtisası üzrə məsləhət yardımının göstərilməsi
Diaqnostik və müalicə prosedurların aparılmasına, alət, aparat və avadanlıqların istismarına, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət
Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edilməsi. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlərin görülməsi
Mütəmadi olaraq tibbi təkmilləşmə kürslarında iştirak etmək
Vakansiya ilə maraqlanan şəxslər CV-ni Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalın info@customshospital.az elektron ünvanına, məktubun Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər.
Müraciət edənlərin diqqətinə! Yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
3. Vakansiyanın adı – Operator
Struktur vahidinin adı – Çağrı Mərkəzi
Vəzifə funksiyaları –
- Hospitala daxil olan zənglərin xüsusi skriptlər əsasında cavablandırılması və düzgün yönləndirilməsi
- Daxil olan zəngləri xüsusi proqrama daxil etmək və zənglərin qeydiyyatını aparmaq
- Onlayn olaraq müxtəlif kanallardan gələn müraciətlərin cavablandırılması, yazışmaların aparılması
- Laboratoriya nəticələrinin pasiyentlərə göndərilməsi
İş vaxtı – Növbəli iş rejimi
Tələblər:
- Yaş: 20-35
- Ali və tibbi təhsili olanlara üstünlük verilir
- Azərbaycan dili və rus dili (mükəmməl səviyyədə), ingilis dili (orta səviyyədə)
- Stressə davamlı
- Səlis nitq, aydın danışıq tərzi
- Məsuliyyətli və ünsiyyətcil olmalı
- Komandada işləmək bacarığı
- Minimum 1 il iş təcrübəsi, xəstəxana sistemində işləyənlərə üstünlük verilir
Kompüter bilikləri – MS Office (Microsoft Word, Microsoft Excell,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları
Xüsusi bacarıqlar – İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; yaxşı ünsiyyət və komanda tərkibində işləmək bacarığı.
Vakansiya ilə maraqlanan şəxslər CV-ni info@customshospital.az elektron ünvanına, məktubun Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər
. Müraciət edənlərin diqqətinə! Yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
https://customshospital.az/vakansiyalar/#Vakansiyalar&gsc.tab=0