CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astarada qatı cinayətkarlar ələ keçib - Onlar toy etmək istəyirmişlər

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidНовобрачные, фото из архива
Новобрачные, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəy Azad Şirizadə ilk olaraq bura gedəcəyini heç ağlına da gətirməzmiş. Faktiki olaraq ona "toy tutulub".

BAKI, 7 iyul — Sputnik. Astarada toy mərasimi təşkil etmək istəyənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar.

Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. E. Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.

Xəbər lenti
0