Karantin zamanı qadınların çimərlik kefi onlara baha başa gəldi - VİDEO
Karantin zamanı qadınların çimərlik kefi onlara baha başa gəldi - VİDEO
Sputnik Azərbaycan
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis... 05.07.2020, Sputnik Azərbaycan
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
BAKI, 5 iyul – Sputnik. Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.
Bakıda istirahət mərkəzində karantin qaydalarını pozan qadın
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Onların diqqətinə çatdırılıb ki, onların hərəkətləri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunublar.