Səma açıqdır! İlin üçüncü Ay tutulması başa çatıb

© Sputnik / Murad OrujovBakıda natamam ay tutulması
Bakıda natamam ay tutulması - Sputnik Azərbaycan
Abunə olmaq
Bu təbiət hadisəsi Cənub/Qərbi Avropa, Afrika və Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanları və Antarktidada müşahidə edilib.

BAKI, 5 iyul – Sputnik. Dünyada bu ilin üçüncü Ay tutulması müşahidə olunub.

Люди, наблюдающие солнечное затмение в Эль-Хуфуфе, Саудовская Аравия - Sputnik Azərbaycan
Günəş tutulması başa çatdı – Bu il ilk dəfə

Sputnik Azərbycan xəbər verir ki, saat 07:07-dən başlayan yarımkölgəli Ay tutulması saat 08:31-də maksimum həddə müşahidə edilib və saat 09:52-də başa çatıb.

Bu təbiət hadisəsi Cənub/Qərbi Avropa, Afrika və Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanları və Antarktidada müşahidə edilib. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) Aydan bir az tünd görünüb.

Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.

Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (ikisi Günəş, dördü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.

Xəbər lenti
0