CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərtərdəki dəhşətli körpə ölümünün pərdəarxası: qarabasma...

CC BY 2.0 / Donnie Ray Jones / WindowРебенок у окна, фото из архива
Ребенок у окна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İki yaşlı uşağı öldürən şəxs qarabasma (hallüsinasiya halı) keçirirmiş. Bildirildiyinə görə, qətli törədən şəxs maşından düşərək: "Məni öldürmək istəyirlər”, - deyib ətrafdakılara hücum edib. Qurban isə iki yaşlı Ömər Ağazadə olub

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, iyulun 2-də saat 19 radələrində Tərtər rayonu, Hacıqərvənd kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Ağazadə başına kürəklə vurularaq xəsarətlər alıb. Tərtər rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ömər Ağazadə 03 iyul 2020-ci il tarixdə aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə barədə Hacıqərvənd kənd sakinləri Sputnik Azərbaycan-a bildiriblər ki, qəflətən maşından düşən Elmir Hüseynov aqressiv halda küçədəki şəxslərə hücum edib. Yaxın qohumunun həyətinə daxil olub, əlinə keçirdiyi kətmənlə qarşısına çıxanı vurub. Başqaları zərbələrə tab gətirsələr də iki yaşlı uşaq başından aldığı zərbə nəticəsində ağır yaralanıb. Xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qətlə yetirilən Ömər Ağazadənin yaxın qohumu əlavə edib ki, Elmir Hüseynov əvvəllər avtomobil qəzası keçirib. Çox güman ki, həmin vaxtdan onun psixi problemi yaranıbmış. Sadəcə olaraq ondakı əlamətlər hiss olunmayıb.

Hacıqərvənd kənd sakininin dediyinə görə, Elmir Hüseynov həmişə xeyirxah işlərlə məşğul olub. Həmkəndliləri tərəfindən daim müsbət xarakterli şəxs kimi tanınıb.

Onu da qeyd edək ki, qətli törədən şəxs ölən uşağın yaxın qohumudur.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Xəbər lenti
0