CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İçərişəhərdə gəzinti üçün yeni yerlər hazırdır – Bakı Xan Sarayı, Xan bağı və hamam

Abunə olmaq
İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri, demək olar ki, başa çatıb. Qədim hamamın və Xan Sarayının bu gün necə göründüyünə videoda baxın.

Bakıda İçərişəhər ərazisindəki XVII əsrin nadir tarixi abidəsinin bərpası başa çatıb. XVII əsrə aid Yeraltı hamam Şamaxı darvazasının sol tərəfində, qala divarlarının  yaxınlığında yerləşir. Abidə 2016-cı ildə aşkar edilib və iki il ərzində burada bərpa işləri aparılıb.

İçərişəhərdə 17-ci əsrə aid tarixi hamam əvvəlki görünüşünə qaytarılır  - Sputnik Azərbaycan
VİDEO
İçərişəhərdə 17-ci əsrə aid tarixi hamam əvvəlki görünüşünə qaytarılır

Burada XVII-XVIII əsrə aid Bakı Xanlarının Evi və ya Bakı Xan Sarayı Kompleksi, Xan bağı, orta əsrə aid ovdan və Xan məscidi də yerləşir. Burada bərpa və konservasiya, həmçinin abadlıq işləri 2018-ci ilin sentyabrında başlayıb. Ərazidə “Baqqal” suvenir və ənənəvi sənətkarlıq nümunələrinin sərgi və satış qalereyası, Kitab evi və milli yeməklərin təqdim olunduğu kafe də var.

Bakı Xan Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, konservasiya və bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək. Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

Xəbər lenti
0