Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 23 iyun — Sputnik. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinin qəbulu üçün istifadə edilən tibb müəssisələrinin siyahısına daxil edilib. Xəstələrin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, artıq xəstələr bu institutdan köçürülür. Sputnik Azərbaycan-ın əldə etdiyi bu məlumatı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova təsdiqləyib.
O, bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tibb müəssisələrinin koronavirus xəstələrinin qəbulu üçün hazırlanması prosesi normaldır: "Xəstələrimiz də digər bu xəstələr üçün nəzərdə tutumuş dispanserlərə köçürülür. Biz xəstələrimizi çölə atmırıq ki. Onların müalicəsi köçürülən tibb müəssisələrində davam etdiriləcək".