Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor: “Azərbaycan və Avropa İttifaqının maraqları eyni istiqamətə yönəlib”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, CQD Aİ-nin cənubundakı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyət kəsb edir
Müslüm İbrahimov: “Azərbaycan Aİ ilə münasibətləri daha da dərinləşdirir”

“Cənub Qaz Dəhlizinin (CQD) tikintisinin başa çatması Avropa İttifaqı (Aİ) və Azərbaycan üçün enerji sektorunda yeni istiqamətlər açacaq”. Bunu Avropa İttifaqının Enerji Komissarı Kadri Simson deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, CQD Azərbaycan və Aİ arasındakı iqtisadi, siyasi münasibətləri daha da dərinləşdirir: “Deyərdim ki, əsas məqsəd də bu prinsip üzərində dayanıb. Azərbaycanın iqtisadi maraqları və Aİ-nin enerji təhlükəsizliyi məsələləri bu baxımdan eyni istiqamətə yönəlib. Azərbaycan CQD-yə böyük investisiyalar yatırmaqla Aİ ilə bütün istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir. Bu layihə Aİ-nin cənubundakı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyət kəsb edir”.

“Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0