BAKI, 18 iyun — Sputnik. Çinin paytaxtı Pekinin aeroportları ölkədə olan ağır epidemioloji vəziyyətlə bağlı 1500-ə yaxın hava reysini ləğv edib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, daha əvvəl isə məlumat yayılmışdı ki, sərnişinlər təyyarələrə olan biletlərini geri qaytara bilərlər.
Bir müddət əvvəl isə Pekində koronavirus pandemiyasına görə 1200-ə yaxın reys ləğv edilmişdi.
Çinin paytaxtına distant təhsil "geri qayıdıb" və bütün müsabiqələr ləğv edilib. Hovuzlar, idman zalları karantin rejimi ilə əlaqədar olaraq bağlanıb.
Qeyd edək ki, koronavirus xəstəliyi ötən ilin noyabr ayında Çinin Uhan əyalətində yayılıb. Bu günə qədər 8 milyon 500 min nəfər virusa yoluxub. 451439 nəfər dünyasını dəyişib, 4 milyon 417 min nəfər isə sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatı mart ayının 11-dən koronavirus xəstəliyini pandemiya elan edib.