CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur – Açıqlama verildi

© Sputnik / Murad OrujovAktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında
Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında - Sputnik Azərbaycan
Abunə olmaq
“Analizlərin, qan qazlarının və başqa həyati mühüm olan göstəricilərdə tibbi dəyişiklik baş verməyib. Müalicəsi ilə bağlı bütün lazımi təyinatlar yerinə yetirilir”.

BAKI, 17 iyun – Sputnik. “Ötən gün və gecə ərzində əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Участник команды КВН «Парни из Баку» Бахрам Багирзаде, фото из архива  - Sputnik Azərbaycan
CƏMİYYƏT
TƏBİB-dən Bəhram Bağırzadə ilə bağlı daha bir açıqlama

O bildirib ki, vəziyyəti stabil ağır olaraq qalır:

“Analizlərin, qan qazlarının və başqa həyati mühüm olan göstəricilərdə tibbi dəyişiklik baş verməyib. Müalicəsi ilə bağlı bütün lazımi təyinatlar yerinə yetirilir”.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Xəbər lenti
0