SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclis iclasa toplanır - Gündəlikdə vacib məsələlər var

© Official website of President of Azerbaijan RepublicAltıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi nəzərdən keçiriləcək

BAKI, 11 iyun — Sputnik. Sabah Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev: "Deputatlar daim seçicilərin problemləri ilə maraqlanmalıdırlar"

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

2. "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

3. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yerin təki haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. Mülki Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Xəbər lenti
0