Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 10 iyun — Sputnik. Mərkəzi Gömrük Hospitalı sabahdan xəstə qəbulunu dayandırır. Bu barədə Sputnik Azərbaycan-a pasiyentlər məlumat verib.
Belə ki, doğuş üçün müraciət edən qadına klinikadan bildirilib ki, artıq xəstə qəbul edilmir. Çünki klinika koronavirusa yoluxan xəstələrin müalicəsi üçün ayrılıb. Mərkəzi Gömrük Hospitalının mətbuat katibi Dilarə Zamanova Sputnik Azərbaycan-a açıqlamasında bununla bağlı sualları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) ünvanlayın. Klinikanın çağrı mərkəzindən isə faktı təsdiqləyiblər. Qəbul şöbəsindən bildiriblər ki, sabahdan etibarən koronavirusa yoluxmuş xəstələrin qəbulu ilə əlaqədar klinika pasiyent qəbulunu dayandırır: "Siz həkimin şəxsi nömrəsi ilə əlaqə saxlayın. Biz həkimlərin burada qalıb fəaliyyət göstərib-göstərməyəcəklərini bilmirik". TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva da Mərkəzi Gömrük Hospitalının koronavirusa yoluxmuş xəstələr üçün ayrıldığını təsdiqləyib.