BAKI, 9 iyun – Sputnik. Alimlər dünyanın müxtəlif regionlarından 10 mindən çox yeni koronavirus infeksiyasının nümunəsini təhlil edərək, onun bir neçə növünü aşkar ediblər. Sputnik Azərbaycan-ın məlumatına görə, müvafiq material bioRxıv elektron elmi kitabxanasında yayımlanıb.
Yeni alqoritm sayəsində mütəxəssislər 10,4 min SARS-CoV-2 ştammını öyrənərək bu virusun bütün dünyaya yayılmış altı klon qrupunu tapıblar.
Məlumdur ki, COVİD-19-un törədicisi də o cümlədən həmin ştammdandır. Alimlər müəyyən ediblər ki, bu da qrip törədicisi kimi təxminən eyni sürətlə mutasiya edir.
Buna baxmayaraq, ekspertlər bu dəyişikliklərin virusun yoluxma və digər xüsusiyyətlərinə necə təsir etdiyini hələlik bilmirlər.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uhan şəhərində pnevmoniya baş verdiyini bəyan edib. Xəstəliyin törədicisi COVİD-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 yeni koronavirus növüdür. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus epidemiyasını pandemiya elan edib.