BAKI, 9 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8585 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 171 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 476658-ə çatıb. Rusiyada pandemiya yayılandan 6142 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 11709 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 242397-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 7,1 milyonu keçib, 407 mindən çox adam isə virus səbəbilə ölüb.