CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Düzəlmişdi hər yarağımız - "Sosial şəbəkələrlə bağlı ciddi qanun qəbul olunsun"

© AFP 2024 / OLIVIER DOULIERYЛоготипы приложений для социальных сетей на смартфоне, фото из архива
Логотипы приложений для социальных сетей на смартфоне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat: "Sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur".

 

BAKI, 1 iyun — Sputnik. "Bu gün dünya iki yerə bölünüb. Faktiki olaraq, bu dünyada hüquq işləmir, hüququn gücü yoxdur. İkinci isə virtual dünyadır. Bu dünyada isə "qaralama", "ləkələmə", "terrorizmə çağırış" üstünlük təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında millət vəkili Elman Nəsirov deyib.

Deputat bildirib ki, sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur: "Sabah onları hansısa cinayət əməlinə görə həbs edəndə, iddia qaldırırlar ki, hansısa fikirlərinə görə həbs ediblər. Təklif edirəm ki, iyun ayı ərzində sosial şəbəkələrlə bağlı çox ciddi bir qanunu qəbul edək. Bu, artıq ictimai sifarişdir".

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilir. İclasın gündəliyinə 1 məsələ daxildir. Bu, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (ikinci oxunuş).

Xəbər lenti
0