Buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlandı

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təxminən 45 min insan hər həftə imtahana qatılacaq. Artıq bu gündən etibarən imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb.

BAKI, 1 iyun — Sputnik. “190 min şagird bir ay ərzində buraxılış imtahanlarında iştirak etməlidir. Onlardan 94 mini 11-ci sinfin məzunlarıdır”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, təxminən 45 min insan hər həftə imtahana qatılacaq: “1500-ə yaxın məktəb binası imtahanlar üçün ayrılıb və həmin yerlərə tərəfimizdən baxış keçirilib. Binaların hazırlığı ciddi məsələ idi. Çünki binanın sanitar-gigiyena qaydalarına uyğun hazırlanması mütləq idi. Artıq bu gündən etibarən imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb. İmtahanlarda iştirak edəcək şəxslər mütləq “Yaddaş kitabçası” da əldə etməlidirlər. İmtahana hər bir şəxs qoruyucu tibbi maska ilə gəlməlidir”.

Xəbər lenti
0