BAKI, 1 iyun — Sputnik. Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, imtahanlar böyük kəndlərin məktəbində keçiriləcək: "Elə kənd məktəbləri var ki, onlar modul tiplidirlər, müasir binaları var, biz belə məktəblərdə imtahan keçirə bilərik. Biz indidən hər kəsə imtahanın harada keçiriləcəyini elan edə bilmərik. Bu barədə məlumatları abituriyentlər şəxsi kabinetlərinə daxil olmaqla öyrənə biləcəklər".