BAKI, 22 may — Sputnik. Ermənistanda COVİD-19 koronavirus infeksiyasına yoluxanlaırn sayı 5928 nəfərə çatıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ötən gün ərzində virusa yolxuanların sayı 322 nəfər artıb, 4 nəfər dünyasını dəyişib.
Virusla mübarizə üçün ölkədə 16 martdan 13 iyuna qədər fövqəladə vəziyyət elan edilib.
Məlumata görə, bu günə qədər Ermənistanda koronavirusdan 2874 nəfər sağalıb, 74 nəfər ölüb. Hazırda 2952 nəfər müalicə alır. Bu günə qədər 47654 test həyata keçirilib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Bu günə qədər 4,9 milyon nəfər xəstəliyə yoluxub,323 min nəfər ölüb.