CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biləcəridə "Bulaq" qurudu

© AR Ministry of Internal AffairsMüəssə
Müəssə - Sputnik Azərbaycan
Abunə olmaq
Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə olunublar.

BAKI, 22 may — Sputnik. Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əməl etməyərək müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi "Bulaq" restoranın müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

© AR Ministry of Internal AffairsAkif Seyidəmirov
Biləcəridə Bulaq qurudu - Sputnik Azərbaycan
Akif Seyidəmirov

Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub. Həmçinin restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektdə olan ümumilikdə 8 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətiriliblər. Bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

© AR Ministry of Internal AffairsSaxlanılan şəxslər
Biləcəridə Bulaq qurudu - Sputnik Azərbaycan
Saxlanılan şəxslər

Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə olunublar.

Xəbər lenti
0