CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qalan əcnəbilərə daha bir güzəşt

© AP Photo / Martin MejiaМигрант с багажом, фото из архива
Мигрант с багажом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vizasız olaraq Azərbaycanda qalan şəxslər heç bir müraciət olmadan, sərhədlər açılanadək Azərbaycanda qala bilərlər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti 60 gün uzadılmış əcnəbilər sərhədlər açılanadək ölkədə qala biləcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin bu gün jurnalistlər üçün təşkil olunan virtual mətbuat konfransında DMX-nin rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, 60 gün müddəti mayın 18-də bitdiyindən bu tarixdən etibarən vizasız olaraq Azərbaycanda qalan şəxslər heç bir müraciət olmadan, sərhədlər açılanadək Azərbaycanda qala bilərlər.

DMX rəisi bundan başqa, artıq qaçqın statusu ilə bağlı müraciətlərin qəbulunun həyata keçirildiyini bildirib.

Xəbər lenti
0