CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrə daha bir güzəşt

© AFP 2024 / FREDERICK FLORINTələbələr auditoriyada, arxiv şəkli
Tələbələr auditoriyada, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Tələbə hər fənn üzrə ayırılmış auditoriya saatlarının 25 faizini buraxırdısa, imtahanda iştirak edə bilmirdi. Mövcud vəziyyət nəzərə alınaraq, bu hədd aradan qaldırılıb".

BAKI, 20 may — Sputnik. Bu il I-III kursda təhsil alan tələbələrin cari və aralıq qiymətləndirmələri ali təhsil müəssisəsinin özünün müəyyən etdiyi formada aparılacaq.  Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərli Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarına dair sualları cavablandırarkən deyib. Onun sözlərinə görə, bu proses Nazirlik ilə razılaşdırılmaqla, aparılacaq. Sektor müdiri deyib ki, qiymətləndirmə ilə bağlı ali və orta ixtisas təhsili müəssisələrinin müəyyən təklifləri artıq nazirliyə təqdim edilib: "Tələbələr 50 balı semestrdə, 50 balı imtahanda toplayırlar. Ali təhsil müəssisəsi özü bu nisbəti dəyişə bilər. Məqsədə müvafiq olduğu və müəyyən təhlillər aparıldığı halda ola bilər ki, bu nisbət azaldılıb, çoxaldıla da bilər. Məsələn, 30 bal semestrə, 70 bal imtahana və ya əksinə verilə bilər".

O, həmçinin qeyd edib ki, əvvəlki qaydalara görə, tələbə hər fənn üzrə ayırılmış auditoriya saatlarının 25 faizini buraxırdısa, imtahanda iştirak edə bilmirdi. Mövcud vəziyyət nəzərə alınaraq, bu hədd aradan qaldırılıb. Onun sözlərinə görə, həddin artırılıb-azladılmasını təhsil müəsissəsi özü müəyyən edəcək.

 

Xəbər lenti
0