BAKI, 8 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,86 dollar artaraq 31,33 dollar olub.
"Brent" markalı neftin qiyməti 0,94 dollar artaraq 30,40 dollar, "Light" markalı neftin qiyməti isə 1,16 dollar bahalaşaraq 24,71 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.