BAKI, 5 may — Sputnik. "Nəsimi Bazarı" müvəqqəti olaraq fəaliyyətini dayandıracaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərar bazarın səhmdarlarının qərarından asılı olacaq.
İyunun 18-də, "Nəsimi Bazarı" ASC-in səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Yığıncaq bazarın yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 100 ünvanında olacaq. Yığıncağın gündəliyinə "Nəsimi Bazarı"nın 2019-cu il üçün maliyyə hesabatının müzakirə edilməsi, səhmdar cəmiyyətinin İdarə heyəti üzvlərinin seçilməsi, təmir-tikinti işləri ilə əlaqədar bazarın fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması və digər məsələlər daxildir. Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.