CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mütəxəssisdən həyəcan təbili - Xəzərin səviyyəsi 2 metr enib

© Sputnik / Irade JELILPirallahi
Pirallahi - Sputnik Azərbaycan
Abunə olmaq
Xəzərin suyunun 80 faizini Volqa çayı gətirir. Volqanın hövzəsinə düşən yağıntı azalıb. Bu isə o deməkdir ki, balans pozulub

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Xəzərin səviyyəsi aşağı enir". Bu barədə Sputnik Azərbaycan-a Coğrafiya elmləri doktoru Məhəmməd Abduyev məlumat verib.

O bildirib ki, buna səbəb iqlim dəyişiklikləridir. Xəzərə axan mənbələrdə suyun səviyyəsi azaldığına görə Xəzərin səviyyəsi də enir: "Ümumiyyətlə bütün Xəzər hövzəsində suyun səviyyəsi aşağı enib. Xəzərin suyunun 80 faizini Volqa çayı gətirir. Volqanın hövzəsinə düşən yağıntı azalıb. İstilik də qalxdıqca, temperatur yüksəldikcə buxarlanma çoxalır, yağıntı isə azalır. Azərbaycan ərazisində də temperatur 0,5-1,2 C yüksəlib. Bu isə o deməkdir ki, balans pozulub".

M.Abduyevin sözlərinə görə, 90-cı illərlə müqayisədə Xəzərin səviyyəsi 2 metr azalıb.

Xəbər lenti
0