CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaz elə adına uyğun keçir, sadəcə....

© Sputnik / Kamal AlmuradlıЯсная погода в Сугайыте, фото из архива
Ясная погода в Сугайыте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi-meteoroloji proqnoza gəldikdə isə mayın 5-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 4 may — Sputnik. Mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, gecə və səhər saatlarında duman olacaq.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 21-26° isti olacaq.Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% olacaq. Tibbi-meteoroloji proqnoza gəldikdə isə mayın 5-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.

Xəbər lenti
0