Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 4 may — Sputnik. Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 11 məsələ daxil edilib.
Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlərə baxılacaq.
"Nəşrlərin beynəlxalq mübadiləsinə dair" Konvensiyanın, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə" Protokolun, "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında və digər məsələlərə baxılacaq.
"Dövlət rüsumu haqqında", "Sosial sığorta haqqında" qanunlarda, Vergi Məcəlləsində dəyişikliklərə ikinci oxunuşda baxılacaq.