BAKI, 27 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, artıq bu gündən etibarən bəzi fəaliyyət növləri bərpa olunub. Eyni zamanda da bu gündən etibarən vətəndaşların işini asanlaşdıran "ASAN Xidmət" mərkəzlərində 320-dən çox xidmət göstəriləcək.
Bunun üçün isə onlayn növbələrin tutulması şərtdir. Bəs maraqlıdır, onlayn növbə tutduqdan sonra SMS icazənin alınmasına ehtiyac varmı? Sputnik Azərbaycan xəbər verir ki, bir çoxlarını düşündürən bu suala "ASAN Xidmət" tərəfindən aydınlıq gətirilib: "ASAN Xidmət" mərkəzinə gəlmək üçün növbə aldıqdan sonra "2" nömrəli icazə kodu ilə birgə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini 8103 nömrəsinə göndərməli və təsdiq mesajı aldıqdan sonra evdən çıxmalısınız. Artıq icazə müddəti 3 saatdır".