BAKI, 26 aprel – Sputnik. Ötən gecə yerli vaxtla saat 00:24-də Əli-Bayramlı stansiyasından 31 km şimalda Hacıqabul ərazisində zəlzələ olub.
Sputnik Azərbaycan-ın-ın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, 3.8 maqnitudalı zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, dünən həmin ərazidə 3,6 bal gücündə daha bir zəlzələ olmuşdu. Birinci təkanlar da hiss edilməmişdi.