Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert neftin qiyməti barədə: neft amilindən asılı olan ölkələr əziyyət çəkəcəklər

© © Facebook / Fuad Ibrahimovİqtisadçı ekspert Fuad İbrahimov, arxiv şəkli
İqtisadçı ekspert Fuad İbrahimov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, vəziyyətin düzgün qiymətləndirilməməsi, buna gətirib çıxarıb
Fuad İbrahimov: “Bu proses neft idxal edən ölkələr üçün əlverişlidir”

Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, hazırda dünya neft bazarında təlatümlər yaşanır:

“Buna neft sahəsində bazar fiaskosu deyə bilərik. Vəziyyətin düzgün qiymətləndirilməməsi, OPEC+ danışıqları və koronavirus pandemiyası buna gətirib çıxarıb. Qiymətlər təbii yolla tənzimlənməyincə, bu xaotik vəziyyət davam edəcək. Hazırkı proses neft idxal edən ölkələr üçün əlverişlidir.  İqtisadiyyatları neft amilindən asılı ölkələr bu vəziyyətdən əziyyət çəkəcəklər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0