CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentin iclası başlayıb: icazələr də müzakirə olunacaq

© Official website of President of Azerbaijan RepublicAltıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası - Sputnik Azərbaycan
Abunə olmaq
İlk olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək

BAKI, 24 aprel — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda 28 məsələyə baxılacaq.

İlk olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək.

"Torpaq icarəsi haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Ovçuluq haqqında", "Elm haqqında", "Təhsil haqqında", "Lisenziyalar və icazələr haqqında", "Sığorta fəaliyyəti haqqında", "Nəqliyyat haqqında", "Aviasiya haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Dəniz limanları haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Məktəbəqədər təhsil haqqında", "Ümumi təhsil haqqında", "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" və "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Yol hərəkəti haqqında", "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında" və digər qanunlara dəyişikliklər müzakirə ediləcək.

İclasda Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələyə də baxılacaq.

Xəbər lenti
0