Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ruslara koronavirusun evdə müalicəsi üçün sadə bir tövsiyə verildi

CC0 / ColiN00B / waterПитьевая вода и кубики льда, фото из архива
Питьевая вода и кубики льда, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada evdə müalicə olunan və koronavirusu yüngül keçirən xəstələrə daha çox alkoqolsuz içkilər içməyi məsləhət görüblər.

BAKI, 22 aprel – Sputnik. Rusiyada evdə müalicə olunan və koronavirusu yüngül keçirən xəstələrə daha çox alkoqolsuz içkilər içməyi məsləhət görüblər. Bu, "ən sadə tövsiyədir”, - deyə Rospotrebnadzorun (Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Federal Nəzarət Xidməti)  Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktor müavini Vadim Pokrovski Rusiya mediasına bildirib. 

Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni müəmma yaranıb: Meyitdən koronavirus keçə bilərmi?

Pokrovskinin sözlərinə görə, çoxlu miqdarda maye qəbul edərkən toksinlər orqanizmdən "təbii üsulla" yuyularaq çıxır.

Epidemioloq həmçinin əlavə edib ki, xəstəliyin yüngül gedişi temperaturun olmaması hesab olunur. Belə pasientlər xəstəxanaya yerləşdirilmir. Yüngül müalicə müddəti təxminən bir həftə davam edir, lakin karantindən çıxış yalnız virus testinin nəticələri mənfi çıxdıqdan sonra baş verir.

Pokrovski deyib ki, evdə müalicə olunan pasiyentə karantinin və dərman preparatlarının qəbulunun düzgün yerinə yetirilməsinə dair tövsiyələr verilir. Xəstə qohumları ilə əlaqələri minimuma endirməli və ümumi məişət əşyalarından istifadə etməməlidir. Epidemioloq bildirib ki, imkan daxilində evi tez-tez dezinfeksiya etmək və otağı havalandırmaq lazımdır.

Rusiya Səhiyyə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, evdə müalicə olunan xəstələrlə həkim-infeksionistlər və terapevtlər telefon vasitəsilə əlaqə saxlayırlar. Bundan əlavə, bir neçə gündən bir həkimlər xəstələri ziyarət edir və müayinə aparırlar.

Rusiyada bir sutka ərzində 5642 koronavirusa yoluxma halı qeydə alınıb. Pandemiyanın başlanğıcından indiyədək ölkədə yoluxmuş şəxslərin ümumi sayı 50 mini keçib, 456 nəfər ölüb.

Xəbər lenti
0